“Meydanın hər qarışı uğrunda can qoyacağıq”

meydanin-her-qarisi-ugrunda-can-qoyacagiq-
Oxunma sayı: 774

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Kəpəz" sabah "Dalğa Arena"da Moldovanın "Daçiya" komandasını qəbul edəcək.

Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan öncə Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirib:

Bizi çox çətin oyun gözləyir. Çalışacağıq ki, uğurlu debüt edək. Yeni transferlərimizi bir neçə yoldaşlıq matçında da ooynatmaq istəyirdik. Lakin UEFA oyunun vaxtını dəyişdi. Hamıya maraqlıdır ki, qarşısına Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı tapşırıq qoyan “Daçiya”ya qarşı “Kəpəz” necə oynayacaq?. Bacardığımı edəcəyik.

- "Kəpəz" 16 ildən sonra avrokuboklara vəsiqə qazanıb.
- Futbolçular meydana çıxmaq üçün tələsirlər. Hər bir oyunçunun arzusudur ki, Avropa Liqasında oynasın. Oyun heç də rahat keçməyəcək. Biz yeni komandayıq. Uğurlu günlərimiz qabaqdadır. Bu ilki “Kəpəz” növbəti mövsüm daha güclü olacaq. Sadəcə vaxt qısadır. Yeni futbolçular sistemə oturmalıdır. Azərbaycan futboluna çox oyunçular bəxş edəcəyik.

- Komandada son durum necədir?
- Hər gün komandamız inkişaf edir. Futbolçular formalarını artırır. Demirəm ki, ideal olacağıq. Amma meydanın hər qarışı uğrunda can qoyacağıq. Oyuna yüksək motivasiya lazımdır.

- "Kəpəz"in Gəncədə oynamaması problem yaratmayacaq?
- "Kəpəz" klubunun azarkeşləri üçün çox işlər görülüb. Amma bu gün çox şeyləri etməyə gücümüz çatmır. İstəyimiz var. Sabahki oyuna inanıram ki, azı 2-3 min fanat olacaq. Azarkeşlərin sevgisi bizi yaşadır.

- Rəhbərlik qarşısınıza nə hədəf qoyub?
- Etiraf edim ki, "Kəpəz"də işlədiyim zaman mənə hədəflər qoyulmayıb. Əgər biz burdayıqsa, əlimizdən gələni etməliyik. Biz hamımız “Kəpəz” üçün çalışırıq.

- Sabah meydanda müdafiə oyunu oynayacaqsınız yoxsa hücumda?
- Sabah müdafiədə etibarlı, hücumda isə rəngarəng oynayan "Kəpəz" görəcəksiniz. İlk dəqiqələrdə ehtiyatlı oyuna üstünlük verəcəyik.