Messi yığmadakı karyerasını bitirdi

messi-yigmadaki-karyerasini-bitirdi
Oxunma sayı: 3024

Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

QafqazinfoAzərtac-a istinadla xəbər verir ki, bu barədə Messi iyunun 27-də “Copa America 2016”nın finalında Çili millisinə məğlubiyyətdən sonra verdiyi açıqlamada bildirib. O deyib: “Mənim milli komandadakı karyeram bitdi. Bu, mənim yığma komanda ilə məğlub olduğum ümumilikdə dördüncü, ardıcıl isə üçüncü finaldır”.

Argentina milli komandası ilə çempion titulu qazanmağı çox istədiyini deyən Messi bildirib: “Mən əlimdən gələni etdim. Finalda uduzmaq, xüsusilə də penaltilər seriyasında məğlub olmaq çox üzücüdür. Mən qərarımı artıq vermişəm.”