Messi, Neymar, Suares Türkiyəyə gəlir

messi-neymar-suares-turkiyeye-gelir
Oxunma sayı: 1469

Eden Hazard, Andres İnyesta, Neymar, Lionel Messi, Luis Suares başda olmaqla 15 dünya ulduzu Antalyaya gələcək.

Qafqazinfo” xəbər verir ki, bu barədə "Antalyaspor" klubunun prezidenti Gültekin Gencer məlumat verib. 

Ulduz futbolçuların Antalyaya gəlişinin səbəbi Samuel Etoya aid vəqfin 10-cu ildönümünü qeyd etməkdi. Bu münasibətlə Antalya stadionunda ulduz futbolçulardan ibarət dünya yığması Türkiye seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.

Tədbirin 15-17 iyul tarixlərində təşkil olunacağı planlaşdırılır.

Güncer tədbir haqqında danışarkən Messi, Neymar, Hazard, İnyestanın görüntülü mesajları ekranda nümayiş etdirilib.