Sloveniyanın “Domjale” klubunun transfer etmək istədiyi “Neftçi”nin futbolçusu Samir Məsimov Türkiyəyə gedib.
“Qafqazinfo” xəbər verir ki, gənc yarımmüdafiəçinin qardaş ölkəyə yollanmasına səbəb qardaş ölkədə hazırlıq keçən “Domjale”nin düşərgəsinə qoşulmaqdır.
Onun Sloveniya klubu ilə müqavilə imzalayacağı gözlənilir.