Məşhur basketbolçu XİN-in idman səfiri oldu

meshur-basketbolcu-xin-in-idman-sefiri-oldu
Oxunma sayı: 839

Əfsanəvi basketbolçu Şakil Onil ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri təyin olunub.

Qafqazinfo”nun Anspress-ə istinadən məlumatına görə, sabiq basketbolçu ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri kimi Kubaya səfər edəcək.

Şakil Onil Kubada ölkələr arasında idmanı və mədəni əlaqaləri inkişaf elətdirəcək. Ondan əlavə “Dallas Maveriks” klubunun baş məşqçisi Kaleb Kanales də Kubaya yollanacaq.

Onlar gənc idmançılar ilə görüşəcəklər. Əfsanəvi basketbolçu iyun ayının 23-dən 28-ə kimi Kubanın paytaxtı Havanada olacaqlar.

Şakil Onil Milli Basketbol Assosiasiyasının ən dəyərli basketbolçularından biridir. O, MBA-nın 4 dəfə çempionu olub. 1996-cı ildə Olimpiya çempionu olub.