Məmmədyarov dörd pillə irəlilədi - Dünya reytinqində

memmedyarov-dord-pille-ireliledi-
Oxunma sayı: 950

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya reytinqində dörd pillə irəliləyib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, qrossmeyster Beynəlxalq Şahmat Federasiyasının açıqladığı reytinq siyahısının dekabr versiyasında 16-cı yerdədir. Şahmatçı bir ay ərzində mövqeyini dörd pillə yaxşılaşdırıb.

Şəhriyar Məmmədyarov (2748) siyahıda Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski, Dmitri Yakovenko (Rusiya), Pental Harikrişna (Hindistan) və Maykl Adamsı (İngiltərə) geridə qoyub.

Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov (2726) 28-ci, Arkadi Naydiç (2698) 45-ci yerdədir. Dünya reytinqinin yüz ən yaxşı şahmatçısı siyahısı daha bir azərbaycanlı şahmatçı – Eltac Səfərli (2653) ilə başa çatır.

Kişilər arasında birinci yeri əvvəlki kimi norveçli Maqnus Karlsen (2834) tutur. Veselin Topalov (2803) ikinci yerdədir. Üçüncü yeri Vişi Anand (Hindistan) və Vladimir Kramnik (Rusiya) tuturlar. Onların reytinq göstəricisi eynidir: 2796.