Məhşur kluba şok cəza - Adını əlindən aldılar

mehsur-kluba-sok-ceza
Oxunma sayı: 1921

Rumıniyanın “Styaua” klubu maraqlı durumla üzləşib. “Qafqazinfo” xəbər verir ki, ölkənin köklü klubu ilə bağlı sərt qərar verilib.

Belə ki, klubun “Stayua” adından istifadə etməklə bağlı Apelyasiya Məhkəməsinə ünvanladığı şikayət rədd edilib. Qərara əsasən, ölkənin Ordu İdman Klubunun razılığı olmadan, bu addan və rəmzlərindən istifadə oluna bilməz.

Məsələ burasındadı ki, “Styaua” 1947-ci ildə Ordu İdman Assosiasiyasının nəzdində yaradılıb. 51 il ərzində klub Müdafiə Nazirliyinə məxsus olub. 1998-ci ildən isə klub özəlləşdirilib, yerli hakimiyyət “Styaua” adının istifadə olunmasına icazə verib. Sonradan isə Ordu İdman Klubu bir neçə dəfə “Styaua”nın prezidenti Cidci Bekaliyə qarşı iddia qaldıraraq 2004-2014-cü illərdə müəllif hüququnu pozduğu üçün ondan 37 milyon avro təzminat tələb edib. Bir müddət əvvəl birinci istansiya məhkəməsi klubdan Styaua” adının alınması ilə bağlı iddianı təmin edib. Apelyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb.

Rumıniya mətbuatının yazdığına görə, ölkənin ən titullu klubu (o cümlədən 1986-cı il Çempionlar Kuboku (indiki Çempionlar Liqası) və Avropa superubokunun qalibi) olan “Styaua”nın bu ad altında 1998-ci ildə qazandığı bütün mükafatlardan məhrum edilə bilər.