“Məğlubiyyətin səbəblərindən biri məhz bu idi”

meglubiyyetin-sebeblerinden-biri-mehz-bu-idi
Oxunma sayı: 1174

"Qəbələ" Avropa Liqasının 2-ci turunda doğma meydanında Almaniyanın "Maynts" klubuna 2:3 hesabı ilə uduzub.

Qafqazinfo” xəbər verir ki, "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda fikirləriniz?

- Evimizdə oynadığımız üçün qalib gəlmək istəyirdik. Maraqlı oyun keçdi. Şanslarımız çox oldu, amma istifadə edə bilmədik. Təəssüflər olsun.

- “Qəbələ” səhvlərə görə oyunu uduzdu?

- Gücümüz buna çatır. Səhvlər çox komandada olur. Uşaqlardan çox razı qaldım, yaxşı oynadılar.

- Sizcə, qrupdan çıxmaq üçün şanslar var?

- Məncə, şanslar var.

- Ötən il “Qəbələ” mövsümə yaxşı başlamışdı. Avropa Liqasındakı uğursuzluqdan sonra komanda çempionatda zəif təsir bağışlamışdı. Bu il bundan qorxmursuz?

- Artıq təcrübəmiz var. İnanmıram ki, ötən il etdiyimiz səhvləri təkrarlayaq. Hər şey ola bilər. Fərqli turnirlərdə oynayırıq.

- Kvekveskiri və Uiksin yoxluğunu hiss etdiniz?

- Ötən oyunda da hiss etmişdik.

- Ehtiyat oyunçuların yoxluğunu hiss etdiniz?

- Bəli, məğlubiyyətin səbəblərindən biri məhz bu idi.

- Almaniya və Azərbaycan çempionatlarında fərq çoxdur. Qrupdan çıxmaq üçün nə lazımdır?

- Səviyyə fərqi var. Reallığı qəbul etmək lazımdır. Büdcə fərqi çoxdur. Ölkəmizi və şəhərimizi layiqli şəkildə təmsil edirik. Əlimizdən gələni edirik.

- Klub prezidenti Tale Heydərov nə deyir?

- Büdcəni açıqlamaq istəmirəm. “Maynts”ın büdcəsi bizimkindən 8 dəfə çoxdur. 1-2 transferlə güclənmərik. Səviyyə fərqi çoxdur.

- Roman Qriqorçukun adı başqa klubla hallananda "Qəbələ" eniş yaşayır...

- Siz eniş nəyə deyirsiz? Biz eniş yaşamırıq axı. Güclü rəqiblərə uduzmuşuq. Qəbul etmək lazımdır ki, rəqib çox güclüdür. Desəm ki, məşqçi taktiki səhv etdi, yalan deyərəm. Amma bu futbolçularla maksimum budur.

- Bu il “Qəbələ” Premyer Liqada çempion ola bilər?

- Onu zaman göstərəcək. Bütün turnirlərə ciddi hazırlaşırıq. Əvvəlcədən proqnoz verməyi sevmirəm. Əlimizdən gələni edirik.

- Premyer Liqada qol buraxmayan Bezotosnı Avropa Liqasında 2 oyuna 8 qol buraxıb...

- Fərqli turnirlərdir. Müqayisə etmək düzgün deyil. Hər gün bunu danışırıq. Çempionatımızı inkişaf etdirməliyik.