“Maynts” Bakıya məyus gəlir - Video

maynts-bakiya-meyus-gelir
Oxunma sayı: 1970

Almaniya Bundesliqasında 5-ci turun qarşılaşmaları keçirilir.

Qafqazinfo” xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Maynts" doğma meydanda "Bayer" Leverkuzeni qəbul edib. Matç qonaqların 3 - 2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Maynts" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 29-da Bakıda "Qəbələ"nin qonağı olacaq.

"Maynts" - "Bayer" Leverkuzen" 2:3

Qollar: Yunus Mallı, 31, Stefan Bell, 35 - Xavier Hernandes, 32, 67, 90.