““Maynts”a qarşı super oynamalıyıq” - Qriqorçuk

mayntsa-qarsi-super-oynamaliyiq
Oxunma sayı: 1163

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” səfərdə “Zirə”ni 2-0 hesabı ilə məğlub edib. 

Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib: “Zirə”yəb qalib gəlmək bizim üçün gözlənilmıəz olmadı. Düzdü, oyun çox ağır keçdi. Ancaq sübut etdik ki, “Qəbələ” futbol oynamağı bacarır. Bu gün uşaqlar çox sərbəst oynadılar.Oyun zamanı bir az emosional idim. Bəlkə də, ikinci hissədə yaxşı oynadığımız üçün belə idim. Daha çox qol vurmaq istəyirdik”.

- Ruslan Qurbanovu meydana buraxandan əvvəl əvəzetməni hazırlasanız da, bir az tərəddüd etdiniz. Bu, nə ilə bağlı idi?

-Xeyr. Əvəzetmə böyük dəyişiklik etmək üçün hesablanmışdı. Meydana çıxan futbolçu taktiki cəhətdən düzgün oynamalı və bütün tapşırıqları düzgün yerinə yetirməlidi. İlk hissədə bir az çatışmalqılar var idi.Fasilədə bu barəda danışdıq və bunları ikinci hissədə aradan qaldırmağa çalışdıq. Ruslan da oyuna daxil olanda ona xüsusi tapşırıq verdim. Ümumiyyətlə, futbolçularımdan razı qaldım.

- Qarşıda “Maynts”la oyun gəlir. Bu barədə nə deyə bilərsiniz?

- “Maynts”la oyunda şanslarımız var. Amma rəqib çox güclü çempionatda çıxış edir. Qalib gəlmək üçün super oyunumuzu oynamalıyıq. Yenə deyirəm, şansımız var.

- Nikanın durumu necədir?

- Nika “Maynts”a qarşı oynamayacaq. Zədəsi ilə əlaqədar olaraq daha iki həftə oynamayacaq.

- Mətbuatda yer alan xəbərlərə görə, adınız “Dinamo” ilə birgə hallanır. Bu, vacib oyunlar öncəsi sizə necə təsir edir?

- Belə xəbərlərə fikir vermirəm. Bu suallara “şərhsiz” cavabını verirəm.