Maksim Medvedev mahnı oxudu, Kamrana söz atdı - Video

maksim-medvedev-mahni-oxudu-kamrana-soz-atdi
Oxunma sayı: 2397

Maksim Medvedev mahnı oxudu, Kamrana söz atdıAzərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev AFFA-nın feysbuk səhifəsində yayımlanan “Sualla zərbə” rubrikasının qonağı olub.

Qafqazinfo” xəbər verir ki, o, bir çox maraqlı məqamlardan danışıb. 

Müdafiəçi Kamran Ağayevin təyyarədə Arif Daşdəmirovla zarafatlaşmasından danışıb: “Bir dəfə təyyarədə Kamran Ağayev mənə dedi ki, mikrofona gedək. Ordan bir şey deyəcəm. Mən də planlarını bilmirdim. Amma fikrini bilmirdim. Kamran mikrofonu götürüb deyir: "Salam sərnişinlər, uçuşumuz 5 saat çəkəcək, hündürlüyümüz bu qədər olacaq. Sizdən artıq dərəcədə xahiş edirəm, bizdə bir sərnişin itib, ayağınızın altına baxın, birdən əzib edərsiniz. Sərnişinin adı Arif Daşdəmirovdur". O da nəyə görə? Boyu balacadır, həmişə bu cür ona "ilişir". Onu mikrofonda deyəndə, bütün təyyarədə olanlar gülüşdülər. Belə anlar çox olur. Müsbət məqamlar Kamrana aid olanlardır. Harada aş, orada başdır”.

Maksim həmçinin Ədalət Şükürovun “Ay qız” mahnısından da bir parça ifa edib.