Macarıstan “Olimpiada-2024”dən imtina etdi

macaristan-olimpiada-2024den-imtina-etdi
Oxunma sayı: 919

Budapeşt 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi etməkdən imtina edib.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu qərar Macarıstanın baş naziri Viktor Orban, Budapeşt meri İştvan Tarloşa və Macarıstan Olimpiya Komitəsinin rəhbəri Jolt Borkainin keçirdikləri görüşdə verilib.

Qeyd olunur ki, bununla da “Olimpiada-2024”ə ev sahibliyi edəcək şəhərlər arasında Paris və Los-Anceles namizəd olaraq qalır.