“Mәn futbolla mәşğul olanda Konte uşaq idi” - Trapattoni

mn-futbolla-msgul-olanda-konte-usaq-idi
Oxunma sayı: 1128

İtaliyalı mәşhur mәşqçi, 2002-ci ildә Azәrbaycan millisini Bakıda 2:0 hesabı ilә mәğlub edәn Covanni Trapattoni "Qafqazinfo"ya müsahibә verib.

Həmin müsahibəni qətdim edirik:

-13 il sonra yenidən Bakıdasız. Qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- İtaliya Avropanın super komandalarındandı. Onların qrup lideri olması bunun sübutudu. Amma 100 faiz qələbə qazanacağımızı deyə bilmərəm. Futbol 90 dəqiqədi. Buna görə də, nəticəni əvvəlcədən demək olmaz.

- Azərbaycan millisinin Xorvatiyaya qarşı keçirdiyi matçı izləmisiz?

- Azərbaycan həmin oyunda çox yaxşı futbol sərgiləmişdi. Hətta qələbə də qazana bilərdi. Fikrimcə, rəqibə qarşı ciddi müqavimət göstərməyinizdə mentalitetin də rolu vardı. Çünki azərbaycanlı futbolçular meydanda ürəyini qoyur. Xorvatiya da Avropanın güclülərindəndi. Onlara qarşı millinizin belə oynayacağını gözləmirdim. Bu, mənim üçün sürpriz oldu. Xorvatiya millisinin heyətində elə futbolçular ki, bütün dünya onlardan danışır. Futbolun da gözəlliyi belə nəticələrdədi. Azərbaycan bizə qarşı da belə çıxış edə bilər. Bundan ehtiyatlı olmalıyıq.

- Berti Foqtsun zamanında da Azərbaycan millisini izləmisiz. Sizcə, onun gedişindən sonra millimizdə nə dəyişib?

- İtaliya millisinin rəqibi Robert Prosineçkinin gəlişindən sonra daha çox hücuma qoşulur. Müasir futbolda oyunçuların necə oynayacağı birbaşa baş məşqçidən asılıdı. Azərbaycanlı futbolçular sabah qələbə üçün də oynaya bilər. Bunu nəzərə alaraq, öncədən İtaliyanın hansı nəticəyə imza atacağını söyləmək çox çətindi. 90 dəqiqəni gözləmək lazımdı. Fikrimcə, sabah daha çox texnikalı oyunun şahidi olacağıq. Son görüşlərdə gördüm ki, Azərbaycan millisi çox artırıb. Mən futbolla məşğul olanda Antonio Konte uşaq idi. İndi isə o, İtaliya millisinin baş məşqçisidi və fikrimcə, yaxşı komanda yarada bilib.

- Əvvəllər İtaliya millisində ulduz futbolçuların sayı daha çox idi. İndi isə tanınmış simalara elə də çox rast gəlmirik...

- Fikrinizlə razıyam. Əvvəl biz daha çox ulduz oyunçularla çıxış edirdik. Amma Konte komandanı dəyişə bilib. Gənc futbolçularla yaxşı oyun nümayiş etdirir. Elə bu seçmə mərhələ bunun bariz nümunəsidi.

- Təcrübəli mütəxəssis kimi necə düşünürsüz, Prosineçki Azərbaycan millisinə nə qazandıracaq?

- O, böyük futbolçu olub. Məşqçi kimi də özünü sübut etməyə başlayıb. Onun məşqçi kimi necə biri olduğunu Xorvatiya ilə Bakıdakı oyunda da gördük. Onun başçılığı ilə azərbaycanlılar Avropa və Dünya çempionatının final mərhələsinə qatılmağı arzulaya bilər.