“Mәğlubedilmәz seriyamızı qorumağa çalışacağıq” - Konte

mglubedilmz-seriyamizi-qorumaga-calisacagiq
Oxunma sayı: 891

Avro-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya oyunu öncəsi mətbuat konfransı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, İtaliya milli komandasının baş məşqçisi Antonio Konte qarşılaşma barədə açıqlama verib:

“Son bir hәftә yaxşı mәşqlәr oldu. Sadәcә bir problem var ki, Andrea Pirlo zәdәlidir. Azәrbaycan qarşı çıxış etmәyәcәk. Qalan hәr şey qaydasındadır. Sabah qәlәbә üçün meydana çıxacağıq. Fikrimcә, bunun üçün heç bir problem yoxdur”.

Konte sabahkı oyunda aqressiv oynayacaqlarını bildirib:

“Azәrbaycan bizim üçün çәtin rәqibdir. Çünki hazırda onlar yaxşı formadadır. Bu komandanı yeni komanda adlandırmaq olar. Fәrqli futbol oynayırlar. Xorvatiya vә Malta ilә oyunlar bu matça daha ciddi yanaşmağa vadar edir”.

Mütәxәssis öz oyun sxemi vә Pirlonun yoxluğu haqqında danışıb:

"Oyunçularımız fәrqli sxemlәrdә oynaya bilәrlәr. Pirlo bizim üçün vacib oyunçudur. Amma sabah onun yoxluğunu unutdurub qәlәbә qazanmağa çalışacağıq. Bu qәlәbә ilә dә AÇ-2016-nın seçmә mәrhәlәsi mövzusunu yekunlaşdıracağıq”.

“Skuadra Adzura"nın çalışdırıcısı futbolçularından razı qaldığını bildirib:

“Seçmә mәrhәlәnin әvvәlindә müxtәlif taktiki sxemlәrdә oynadıq. Amma futbolçularımdan razıyam. Onlar yaxşı çıxış etdilәr”.

“İtaliya Futbol Federasiyasının prezidentinin Konte yenә millidә qalsa, şad olarıq. Bu sizin gedişinizә işarәdirmi” sualına Konte belә cavab verib:

“Bizim millidә hәdәflәrimiz var. Onlar üçün çalışırıq. Hәlә seçmә mәrhәlә bitsin sonra bu barәdә danışarıq. Prezidentә dә bu sözlәrinә görә tәşәkkür edirәm”.

İtalyanların baş mәşqçisi komandanın 48 oyunluq mәğlubedilmәz seriyasından danışıb:

“Çalışırıq ki, bu seriyanı qoruyaq. Amma Azәrbaycan asan rәqib deyil. Düzdü, Azәrbaycan millisinin oyunçularının sәviyyәsi bizimkilәrlә eyni deyil. Amma çәtin olacaq. Yeni stadionda azarkeş çox olacaq”.

Elsevər