“Mәğlub da ola bilәrik” - “Samtredia”nın baş mәşqçisi

mglub-da-ola-bilrik-
Oxunma sayı: 999

“Samtredia”nın baş məşqçisi Giya Tsetatdze UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə keçirəcəkləri matçöncəsi jurnalistlərin suallarını cavalandırıb.

Qafqazinfo” hәmin müsahibəni təqdim edir:

- İlk növbədə hər birinizi salamlayıram. Sevinirik ki, “Qəbələ” kimi təcrübəli komanda ilə qarşılaşacağıq. Fikrimcə, şanslar bərabərdir. Bütün suallara sabah aydın gələcək.

- Sanki narahat görünürsünüz…

- Xeyr. Hər şey qaydasındadır.

- “Qəbələ” haqda ətraflı öyrənmisiniz?

- Bir neçə oyunlarını izləmişik. Rəqibimiz güclüdür.

- “Qəbələ”nin zəif cəhətlərini müəyyənləşdirmisiniz?

- Əlbəttə. Amma deyə bilmərəm.

- Sabah hansı nəticə size qane edəcək?

- Bizim xeyrimizə olsa, daha yaxşı olar. Biz həmişə qələbə üçün oynayırıq. Amma ola bilər ki, məğlub da olaq.

Elsevər