“Lokomotiv” play-off mərhələsinə qələbəylə başladı

lokomotiv-play-off-merhelesine-qelebeyle-basladi
Oxunma sayı: 722

Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarının play-off mərhələsində ilk oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İsveçrənin “Volero” komandası ilə qarşılaşıb.

Yunanıstanlı baş hakim Konstantinos Voudourisin idarə etdiyi oyun “Lokomotiv” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu isə fevralın 25-də Sürixdəki “Saalsporthalle” Arenada təşkil olunacaq.

Qeyd edək ki, “Volero”nun heyətində Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədova çıxış edib.