“Liverpul” və “Sevilya” finalda - Yenilənib

liverpul-ve-sevilya-finalda
Oxunma sayı: 3336

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Qafqazinfo”nun məlumatına görə, baş tutacaq iki oyundan sonra finalçılar müəyyənləşəcək.

“Sevilya” Ukraynanın “Şaxtyor” klubu, “Liverpul” isə doğma meydanda “Vilyarreal”la qarşılaşır.

***

“Liverpul” oyunda hesabı açır. Staric 7-ci dəqiqədə qol vurur. “Liverpul” - “Vilyarreal” - 1:0

***

Staric 63-cü dəqiqədə dubl edir. Hesab 2:0 “Liverpul”un xeyrinədir. 

***

81-ci dəqiqədə Lallana komandasının üçüncü qolunu vurur. “Vilyarreal” - “Liverpul” - 0:3

******

“Sevilya” oyunun 10-cu dəqiqəsində ilk qolunu vurur. “Şaxtyor” 0:1 hesabı ilə məğlub durumdadır.

***

Matçın 44-cü dəqiqəsində “Şaxtyor” hesabı bərabərləşdirir. “Sevilya” - “Şaxtyor” -1:1

***

47-ci dəqiqədə Gameiro “Sevilya”nın ikinci qolunu vurur. Hesab 2:1 “Sevilya”nın xeyrinədir. 

***

Oyunun 58-ci dəqiqəsində Mariano “Sevilya”nın üçüncü qolunu vurur. Hesab 3:1 “Sevilya”nın xeyrinədir.