“Lion”lu futbolçu 25 yaşında karyerasını bitirdi

lionlu-futbolcu-25-yasinda-karyerasini-bitirdi
Oxunma sayı: 1311

Fransanın “Lion” klubunun 25 yaşlı yarımmüdafiəçisi Gueida Fofana futbolla vidalaşıb.

Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, buna futbolçunun ayağından aldığı zədə səbəb olub.

Fofana “Klub prezidenti  Aulas ilə danışdım. O, futbol oynamasam da klubda qalmağımı istəyir. Futboldan kənar təkliflər də almışam. Qərar verməliyəm”, - deyə bildirib.

Qeyd edək ki, 2011-ci ildən Lion klubunda çıxış edən Fofana sonuncu dəfə 2016-cı ilin aprelində meydana çıxıb.