“Latsio”nun sabiq futbolçusu “Neftçi”də

latsionun-sabiq-futbolcusu-neftcide
Oxunma sayı: 3476

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib. "Qafqazinfo" Sport7.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" hücumçu transfer edib.

22 yaşlı Katalin Tira ilə 1 illik sözləşmə imzalanıb. Onun sonuncu klubu Rumıniya "Rapid"i olub. Katalin bundan başqa ölkəsində "Konkordia" və "Braşov" klublarında da forma geyinmək şansı qazanıb. Hollandiyada isə "Den Haaq" komandasının şərəfini qoruyub.

Qeyd edək ki, Rumıniyanın U-21 millisində 3 oyunda formasını geyinmiş Katalin Tira "Latsio"nun U-19 və "Udineze"nin əvəzedici komandasında da çıxış edib.

Katalin Tira Rumıniyada yetərincə tanınan simadır. Ancaq o, bu məşhurluğu futbolla qazanmayıb. Belə ki, "Neftçi"nin yeni transferi bir müddət Rumıniyanın tanınmış müğənnilərindən olan Anda Adamla sevgili olub. Ancaq bakılıların heyətinə yeni cəlb etdiyi futbolçunun sevgilisinə xəyanət etməsi, münasibətin bitməsi ilə nəticələnib.