“Lәnkәranı futbolsuz tәsәvvür etmәk çәtindir” - Qurban Qurbanov

lnkrani-futbolsuz-tsvvur-etmk-ctindir
Oxunma sayı: 1881

Topaz Premyer Liqasının 20-ci turunda "Xәzәr Lәnkәran" üzәrindә 3:0 hesablı qәlәbә qazanan "Qarabağ"ın baş mәşqçisi Qurban Qurbanov oyunu şәrh edib.

"Qafqazinfo" xәbәr verir ki, çalışdırıcı Lәnkәranı futbolsuz tәsәvvür etmәdiyini bildirib.

“Bizim üçün vacib oyun idi. Çətin və ya asan olduğunu deə bilmərəm. Futbol elədi ki, istənilən komanda gözlənilməz nəticə göstərə bilər. Qolu gec vurduq. Bunun üçün də futbolçular əsəbi idi. Bunu oyundan öncə də futbolçulara demişdim. “Xəzər Lənkəran”ı təbrik etmək istəyirəm. Çətin vəziyyətdə olmalarına baxmayaraq meydanda uduzmaq üçün mübarizə aparmırlar. Cənubluluar həmişə Azərbaycan çempionatına rəng qatıb. Lənkəranı futbolsuz görmək çətin olar. Ümid edirəm ki, onların problemləri yaxın zamanlarda həllini tapacaq", - deyə o söyləyib.

Qurbanov qırmızı vәrәqә epizodundan da danışıb: "Hakimә bildirdim ki, qırmızı vәrәqәni vermәyә bilәrdi. Çünki futbolçumuz kәnar gedirdi, üzü qapıya deyildi. Bu, sadəcə içimdәn gәldi".