“Klassik şahmatdan çox, blits oynamağı sevirəm”

klassik-sahmatdan-cox-blits-oynamagi-sevirem
Oxunma sayı: 644

ShamkirChess 2016 superturnirinin II tur­unda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb.

Qafqazinfo” xəbər verir ki, partiyadan sonra şahmatçılar oyun haqda danışıb. Teymur Rəcəbov klassik şahmatda Raufla o qədər də çox oyun keçirmədiyini bildirib: "Rauf Məmmədovla o qədər çox oynamamışıq. 4 yaşından şahmatdayam, bəlkə də yadımda qalmayıb. Bir-birimizlə oyunların fərqini bilmirəm. Məmmədovla bugünkü oyun bərabər alındı. Demək olar ki, üstünlük görünmürdü".

Azərbaycan şahmatçısı Rauf Məmmədov isə klassik şahmatdan çox blits oynamağı xoşladığını deyib: "Teymur kimi şahmatçıya qarşı diqqətli oynamaq vacibdir. Debüt normal oldu. Sadəcə üstünlük əldə etmək mümkün deyildi. Rəcəbov çox diqqətli idi. Onunla o qədər çox oynamamışıq. Ümumiyyətlə klassik şahmatdan çox blits oynamağı sevirəm. Klassik şahmat 4 saat davam edir, blits isə 10 dəqiqə. Vaxt cəhətdən də rahat oynamaq olur".