“Karyeramı bitirmәyi düşünürdüm” - Rəşad Sadıqov

karyerami-bitirmyi-dusunurdum
Oxunma sayı: 1338

Sabah Azәrbaycan milli komandası AÇ-2016-nın seçmә mәrhәlәsi çәrçivәsindә İtaliya millisi ilә qarşılaşacaq.

“Qafqazinfo” xәbәr verir ki, oyundan öncә milli komandamızın üzvü Rәşad Sadıqov mәtbuat konfransında öz fikirlәrini bildirib.

Sadıqov yaxşı nәticәyә ümid edәcәklәrini qeyd edib:

“Bilirsiniz ki, çәtin olacaq. İtaliya güclü komandadır. Bizim üçün gәrgin matç olacaq. Xorvatiya ilә heç-heçә etdik. İtaliyaya qarşı oyunda da yaxşı nәticәyә ümid edirik. Әks-hücumlardan yararlanıb qol da vurmaq olar. Amma hamı bilir ki, rәqib qrup lideridir. Bura gәliblәr ki, qәlәbә qazanıb Avropa çempionatının final mәrhәlәsinә getsinlәr".
Kapitan 100-cü oyunundan danışıb:
“Bu mәnim üçün yubiley oyunudur. İstәrdim ki, qәlәbә qazanaq. Qәlәbә qazansaq, bundan gözәl hәdiyyә olmaz”.

Sadıqov artıq qocalması ilә bağlı gәzәn söz-söhbәtlәrә belә münasibәt bildirib:

“Bunu qәbul etmәk lazımdır. 33 yaş futbol üçün çoxdur. Әvvәl düşünürdüm ki, bu seçmә mәrhәlә mәnim üçün sonuncu olacaq. Amma hәlә bu barәdә düşünmәk istәmirәm. Çünki 3 gün sonra Bolqarıstanla vacib oyun var. Üstәlik sabah daha vacib matç var. Bu oyunlardan sonra nә olacaq görәcәyik. Digәr tәrәfdәn baş mәşqçi ilә danışmışıq. Ona da karyeram barәdә dedim. Millidә çıxışımı bitirmәk barәdә danışdım. Prosineçki isә seçmә mәrhәlәdәn sonra danışacağımızı bildirdi".

Tәcrübәli müdafiәçi 2002-ci ildә İtaliya millisinә qarşı oyunla sabahkı matçı müqayisә edib:

“2002-ci ildә biz yaxşı oyun göstәrmişdik. Çünki onda millimizdә tәcrübәli futbolçular var idi, indi isә gәnclәr üstünlük tәşkil edir. O vaxt İtaliya yığması fәrqli çıxış edirdi, indi isә fәrqli".

Sadıqov rәqibin heyәtindәki Qraziano Pelleni zәrәrsizlәşdirmәli olduqlarını bildirib:

"Nә vaxtsa hansı futbolçunu fәrqlәndirdiyim yadımda deyil. Amma İtaliya millisindә Qraziano Pelle var ki, bütün toplar ona gәlir. Çox tәhlükәli hücumçudur. Onun zәrәrsizlәşdirmәsәk, çox çәtin olacaq”.

Elsevər