Kapitan “Qarabağ”a qarşı oynamayacaq

kapitan-qarabaga-qarsi-oynamayacaq
Oxunma sayı: 777

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” səfərdə “Fiorentina”nın qonağı olacaq. Meydan sahibləri Ağdam təmsilçisi ilə qarşılaşmaya ciddi itki ilə çıxacaq. Belə ki, "Fiorentina"nın kapitanı Qonsalo Rodriqesinin yüngül zədəsi var. 32 yaşlı müdafiəçi bu səbəbdən "Qarabağ"a qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 21:00-da start götürəcək.