Kamran Ağayevlə bağlı qərar dəyişdirilmədi

kamran-agayevle-bagli-qerar-deyisdirilmedi
Oxunma sayı: 1227

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda “İnter”in futbolçu Kamran Ağayevlə bağlı müraciətinə baxılıb. Müzakirələrdən sonra qərara alınıb ki, AFFA-nın İntizam Komitəsinin yığmamızın da şərəfini qoruyan qapıçı barədə çıxardığı qərar (3 oyunluq kənarlaşdırma) qüvvəsində saxlanılsın.