“Kabus idi” - Venger

kabus-idi
Oxunma sayı: 1565

 Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Bavariya" - "Arsenal" matçı almanların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra oyun barədə fikirlərini bilirən ingilislərin baş məşqçisi Arsen Venger matçın son 25 dəqiqəsini kabus adlandııb:

"Qəribə matç idi. Birinci hissədə yaxşı oynadıq və iki qol imkanı yaratdıq. Amma 53 və 56-cı dəqiqələrdə qol buraxdıq. İki qolu qısa müddətdə qapımızda görmək işimizi çətinləşdirdi. Matçı təhlil etmək lazımdır. Bu iki qola qədər biz kifayət qədər yaxşı idik. Oyunun gedişinə nəzarət edirdik". Son 25 dəqiqə bizim üçün kabus idi. Görünən o idi ki, “Bavariya”ya cavab verəcək gücdə deyildik. Bu, çox pis nəticədir. Ancaq bununla barışmalıyıq".