“Kәpәz”in rәqibinin prezidenti baş mәşqçi oldu

kpzin-rqibinin-prezidenti-bas-msqci-oldu
Oxunma sayı: 1163

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Kəpəz” “Daçiya” ilə qarşılaşır.

Qafqazinfo” xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşmada maraqlı anlar yaşanır.

Stadiona ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, Moldova klubunun baş məşqçisi Oleq Bejanar qala-qala, onun vəzifəsini klub prezidenti Adlan Şişxanov yerinə yetirir. Texniki zonada yer alan klub rəhbəri komandada baş məşqçinin olduğunu sanki unudub. Bejanarın isə bu hörmətsizliyə göz yummasını anlamaq çox çətindi. O, skamyada əyləşib sakit tərzdə qarşılaşmanı izləyir.