İtaliyalılar Fransada həbs edildi

italiyalilar-fransada-hebs-edildi
Oxunma sayı: 643

Fransada keçirilən Avropa çempionatında növbəti xoşagəlməz hadisə yaşanıb.

Qafqazinfo” xəbər verir ki, bu dəfə italiyalı azarkeşlər problem yaradıblar.

Hadisə 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliya – İspaniya (2:0) qarşılaşmasından sonra yaşanıb. Belə ki, bir qrup italiyalı fanat polisi təhqir edən plakatlar açıb və şüarlar səsləndiriblər.

Məsələni araşdıran yerli polis görüntülərin videoyazısını izlədikdən sonra 3 azarkeşi təqsirli bilərək həbs edib.