İspaniya mətbuatı Ardadan yazdı

ispaniya-metbuati-ardadan-yazdi
Oxunma sayı: 7640

İspaniya mətbuatı El-Klassikodan sonra Arda Turanı tənqid atəşinə tutub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Real” Madrid Ardanın son dəqiqədə etdiyi cərimədən sonra hesabı bərabərləşdirib.

Oyunun 78-ci dəqiqəsində meydana daxil olan Ardanın komandaya xeyri dəyməyib.

“Sport” qəzeti “Serxio Ramos Ardanın lazımsız cəriməsindən sonra hesabı bərabərləşdirən qolu vurdu. Türk futbolçu bu səhvdən başqa heç nəylə yadda qalmadı”,-deyə yazıb.

“El Mundo Deportivo” isə “90-cı dəqiqədə cərimə meydanından uzaqda, arxası qapıya tərəf olan futbolçunu yıxmağı heç bir məntiqi izahı yoxdur”,-deyə vurğulayıb.

“El Periodico” nəşri isə “Andre Qomeşin yerinə meydana girdi, bərbərliyə səbəb olan cəriməni etdi. Andre Qomeş, Arda Turan və ya Denis Suarezə “Xavi və ya İnesta olun” demək haqsızlıq olar”,- deyə qeyd edib.