İsgəndər Cavadova həsr olunan kitab təqdim edildi

isgender-cavadova-hesr-olunan-kitab-teqdim-edildi-
Oxunma sayı: 1258

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovun 60 illik yubileyinə həsr olunmuş “№11 İsgəndər Cavadov” kitabının təqdimat mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə kitabın müəllifi Sənan Şəfizadə açıb. S.Şəfizadə kitabın ərsəyə gəlməsinin hansı zərurətdən doğduğunu bildirib, hazırlıq prosesi barədə danışıb.

Sonra AFFA-nın baş katibi Elxan Məmmədov, “№11 İsgəndər Cavadov” kitabının redaktoru, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli və başqaları çıxış edərək İsgəndər Cavadovun futbolçu kimi yüksək keyfiyyətlərini qeyd ediblər.