İnterpolun axtardığı eks-baş məşqçimiz - Dubayda neft çıxarır

interpolun-axtardigi-eks-bas-mesqcimiz-
Oxunma sayı: 2413

İnterpol tərəfindən axtarılan cüdo üzrə millimizin keçmiş baş məşqçisi Peter Zeyzenbaherin yeri müəyyənləşib.

Qafqazinfo” oe24.at saytına istinadən xəbər verir ki, o, Dubaydadır.

Zeyzenbaher bu şəhərdə neft, qaz və qızıl çıxarmaqla məşğul olan şirkətin baş direktorudur. ABŞ-da qeydiyyatdan keçən şirkətə məşqçini oğlunun işə düzəltdiyi deyilir.

ABŞ və BƏƏ arasında ekstradisiya müqaviləsi olmadığından Peter burada rahat işləyə bilir.

Qeyd edək ki, pedofiliyada günahlandırılan Zayzenbaher Avstriya məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilib.

Elsevər