“İnter” şikayətini geri götürdü

inter-sikayetini-geri-goturdu
Oxunma sayı: 636

“İnter” klubu UEFA-nın verdiyi avrokuboklardan məhrumolma cəzasına görə CAS-a göndərdiyi şikayəti geri götürüb.

Qafqazinfo” xəbər verir ki, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan “İnter” və onun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 11 aprel2016-cı il tarixdə CAS-a müraciət etmiş və bu qərara yenidən baxılmasını xahiş etmişdi. 

“İnter”in işlə bağlı zəruri sənədlər toplusunu qəbul etmiş CAS qarşı tərəfə (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirmək üçün vaxt verib. Ötən müddət ərzində UEFA işlə bağlı mövqeyinin əks olunduğu sənədləri CAS-a və bir nüsxəsini “İnter”ə ünvanlayıb.

“İnter”in rəhbərliyi UEFA-nın sənədləri ilə tanış olub və CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarının CAS tərəfindən ləğv edilməsi ehtimalının çox az olması qənaətinə gələrək və klubun maliyyə vəsaitinin qorunmasını təmin etmək məqsədi ilə şikayətini geri çağırmaq barədə qərar qəbul edib. Həmçinin, “İnter”-in cari mövsümdə Avropa Liqası zonasına düşməsi və UEFA-nın cəzasının bu il çəkilməsi CAS-a şikayətin geri götürülməsini şərtləndirən səbəblərdən biri oub.