“İnter” Gürcüstana gedir

inter-gurcustana-gedir
Oxunma sayı: 645

“İnter” Gürcüstana gedirTopaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" FK bu gün gecə saatlarında Gürcüstana yola düşür.

Qafqazinfo” xəbər verir ki, Tbilisinin “Bomond Garden” otelində qalacaq komandamız təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. Zaur Svanadzenin yetirmələri avqustun 28-də "Samtredia" FK, sentyabrın 1-də isə "Tsxinvali" FK ilə qarşılaşacaqlar.

Sentyabrın 2-də vətənə qayıdacaq "İnter FK" növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.