“İnter” də Antalyaya gedə bilmədi - “Qəbələ” birbaşa reyslə uçacaq

inter-de-antalyaya-gede-bilmedi
Oxunma sayı: 673

Qəbələ”nin ardından “İnter”in də Antalyaya səfəri təxirə salınıb. “Qafqazinfo” xəbər verir ki, Bakı-İstanbul-Antalya reysi ilə təlim-məşq toplanışına yollanmalı olan “bankirlər” sabaha qədər gözləyəcəklər. 

Türkiyədə aramsız yağan qardan sonra hava limanlarında yaranan bərbad vəziyyət qardaş ölkəyə edilən uçuşlara mane olur.

Qəbələ” klubu səfərini yanvarın 11-nə planlaşdırıb. “Ağ-qaralar” həmin gün birbaşa Bakı – Antalya reysi ilə təlim-məşq toplanışına yollanacaqlar.