Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo oğlu haqqında danışıb.
“Qafqazinfo” xəbər verir ki, ulduz oyunçu insanların oğluna “atandan daha yaxşıları var” dediyini bildirib.
Ronaldonun sözlərinə görə, onun uğuruna sevinməyənlər övladından qisas alırlar: “İnsanlar oğlumu hər zaman xoş qarşılamırlar. Bəzən ona “atandan daha yaxşılar var” deyirlər. Bütün bunları qısqanclıqdan edirlər”.