İngiltərənin baş məşqçisi istefa verdi

ingilterenin-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 1565

“Avro-2016”nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.

Qafqazinfo” xəbər verir ki, o komandasının uğursuzluğunda özünü günahkar hesab edib: “Çox məyus oldum. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim”.

Hocson 2012-ci ildən İngiltərə millisinin baş məşqçisi idi.