İncəsənət və şahmat festivalı - Fotolar

incesenet-ve-sahmat-festivali
Oxunma sayı: 1744

42-ci Şahmat Olimpiadası çərçivəsində keçirilən və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpidasının Əməliyyət Komitəsi tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb.

Qafqazinfo” xəbər verir ki, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi, unikal rəsmlər çəkib.

Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiquru özünəməxsus incəsənət nümünəsinə çevrilməsinə nail olub. İş prosessi və rənglənmiş şahmat fiqurları aşağıda yerləşdirilən şəkillərdə öz əksini tapıb.