“İlk oyundan öncə gərgin idim” - Filip Ozobiç+Video

ilk-oyundan-once-gergin-idim
Oxunma sayı: 1463

Qəbələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç klubun rəsmi televiziyasına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, futbolçu Xorvatiya milli komandasına dəvət almasından və ordakı oyunlardan danışıb. 

Ozobiç turnirin hər iki oyununda məğlub olmalarına təəssüfləndiyini və gələcəkdə yenidən komandaya dəvət almaq istədiyini deyib:

“Mənə zəng edib milliyə dəvət olunduğumu bildirdilər. Çox sevindim və dərhal evimizə zəng etdim. Xoş xəbəri ailəmə çatdırdım. Həyatım boyu bunun üçün çalışmışam. İlk oyundan əvvəl bir az gərgin idim. Matçın gedişində sakitləşdim. Oyuna qədər cəmi 1 məqş etmişdik. Yüz faiz hazır deyildik”