İlin futbolçusu terrorçu elan olundu

ilin-futbolcusu-terrorcu-elan-olundu
Oxunma sayı: 1422

Misir millisinin sabiq üzvü Mohamed Abotrika ölkəsində terrorçu elan edilib. “Qafqazinfo” xəbər verir ki, onun "Müsəlman Qardaşlar" terror təşkilatı ilə bağlantısı olduğu iddia edilir.

Bu səbəbdən yığmanın sabiq üzvünün adı terrorçular siyahısına daxil edilib. İddialara görə, Abotrika 2015-ci ildə yaratdığı "Tours" turizim şirkəti üzərindən "Müsəlman Qardaşlar" təşkilatına pul yardımı edib. Bu səbəbdən onun qurduğu şirkətlərə əl qoyulub. Sabiq futbolçunun vəkili Mohamed Osman isə verdiyi açıqlamada qanunlara qarşı olan bu qərara etiraz edəcəklərini bildirib.

Qeyd edək ki, Abotrika peşəkar futbolçu karyerasına 2013-cü ildə yekun vurub. O, Misir millisinin heyətində 100 oyun keçirib. İki dəfə Afrika Millətlər Kubokunun qalibi olan misirli oyunçu, 2008-ci ildə Afrikada ilin futbolçusu seçilib.

Onu da bildirək ki, Misir hökuməti, 2013-cü ilin dekabr ayından etibarən "Müsəlman Qardaşlar"ı terror təşkilatı kimi tanıyıb.