İlham Əliyevə xüsusi medal təqdim edildi

ilham-eliyeve-xususi-medal-teqdim-edildi
Oxunma sayı: 1078

Azərbaycan prezidenti İlham Əliyev Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqeri, Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyutini və Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınarı qəbul edib.

“Qafqazinfo” "Azərtac"a istinadən xəbər verir ki, Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti E. Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirib.

İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib.

Daha sonra Avropa “Fair Play” Hərəkatının prezidenti K. Hinterberqer Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə görə prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalı ilə təltif olunduğunu deyib və mükafatı dövlət başçısına təqdim edib.