İlə 2,5 milyon qazanır, amma meşədə yaşayır - Fotolar

ile-25-milyon-qazanir-amma-mesede-yasayir
Oxunma sayı: 4608

Amerika Beyzbol Liqasında mübarizə aparan “Toronto Blue Joys” komandasında forma geyinən Daniel Norris dünya mediasının gündəminə düşüb.

“Qafqazinfo” xəbər verir ki, ildə 2.5 milyon dollar qazanan və keçmişdə tiroid xərçənginə qalib gələn idmançı meşədə yaşaması ilə diqqət çəkir.

22 yaşlı idmançı həyatını 1978-ci ildən olan “Volsfagen” markalı mini avtobusda keçirir. Lüks maşınları, evləri xoşlamayan idmançı özü meşədə yemək bişirir, yeyir və ürəyi harda istəsə, maşınını orada saxlayıb yatır.

2015-ci ildə beyzbolda peşəkar addımlarını atan Norris 2.5 milyon gəliri olmasına baxmayaraq, bu yaşayışdan imtina etmir. O, heç vaxt nə saqqalını kəsir, nə də meşədən ayrılır.

Gününün çoxunu atasının kiçik dükanında keçirən idmançı azadlığı belə gördüyünü bildirib. Onun fikrincə, insan özünü görə bildiyi kimi yaşamalıdır.