İker Kasilyas millidən getdi

iker-kasilyas-milliden-getdi
Oxunma sayı: 1339

 İspaniya millisinin qapıçısı İker Kasilyas yığmadakı karyerasını başa vurub.

Qafqazinfo” xəbər verir ki, bu barədə təcrübəli qolkiper şəxsi Tvitter səhifəsində məlumat yayıb. “Xalqın sevgisini bu gün və daima hiss edirəm” yazan təcrübəli əlcək sahibi millidəki karyerasını başa vurduğunu rəsmən bəyan edib.

Xatırladaq ki, Kasilyas İspaniya millisində 167 matçda iştirak edib. O, yığma ilə 2 dəfə Avropa, 1 dəfə isə dünya çempionu adını qazanıb.