İdmançımız ipponla uddu, medal qazandı

idmancimiz-ipponla-uddu-medal-qazandi
Oxunma sayı: 1155

Azərbaycan cüdoçusu, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirində bürünc medala sahib olub.

Qafqazinfo” xəbər verir ki, idmançımız üçüncü yer uğrunda həlledici qarşılaşmada Belçika təmsilçisi Kennet van Qansbekeni məğlubiyyətə uğradıb. Görüşün əvvəlində cüdoçumuz cərimə xalı alsa da, sonda rəqibinə ipponla qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan milisinin turnirdə qazandığı ilk medal olub.

Degər cüdoçumuz İlqar Müşkiyev (60 kq) isə 7-ci pillədə qərarlaşıb.