“Hərdən üzücü xəbərlər gəlir” - Tahir Gözəl

herden-uzucu-xeberler-gelir
Oxunma sayı: 1540

"Qarabağ"ın prezidenti Tahir Gözəl AFFA-nın növbəti Hesabat Konfransından sonra brifiqn keçirib. "Qafqazinfo" xəbər verir ki, klub rəhbəri jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

- “Qarabağ”ın qış fasiləsindən sonra çıxışını necə dəyərləndirərdiniz? Hamıda bir az narahatlıq var ki, komandada nəsə problemlər olduğundan bir qədər zəif çıxış edir...

- Yox. Mənim fikim belə deyil. Şükür ki, hər şey qaydasındadır. Ümidvaram ki, məqsədimizə çatacağıq. Çempionun sonunadək 6 oyunumuz qalıb. “Qəbələ“Neftçi”yə uduzandan sonra yenidən irəli keçdik, 2 xal qabaqdayıq. Mən “Qarabağ”a inanıram. İnşallah, 6 oyunda yaxşı çıxış edəcəyik və hədəfimizə nail olacağıq.

- Hədəflə yanaşı, çox jurnalisti maraqlandıran məsələ budu ki, “Qarabağ”ın yenə qrupa düşməyə gücü çatacaqmı?

- Hesab edirəm ki, çatacaq. Mənim bu haqda fikirlərim müsbətdir.

- Heyətdə ola itkilərə baxmayaraq...

- Bəli. Dani Kintananın zədəli olması bizim üçün doğrudan böyük itkidir. Mən bununla razıyam. Ancaq əlimizdə olan heyətlə oynayacağıq. Əsas odur ki, komandada ruh yüksəkliyi var. Baş məqşçimiz Qurban Qurbanova inanıram. Əminəm ki, o, bu heyətlə də oyun sxemini quracaq. Əlbəttə, Daninin yoxluğunun bizim üçün böyük itki olması bir reallıqdır.

- Siz Çempionlar Liqası, yoxsa Avropa Liqasının qrupuna düşəcəyinizə əminsiniz?

- Əlbəttə ki, arzum arzum Çempionlar Liqasının qruuna düşməyimizdir.

- Yeni futbolçular alınacağı gözlənilir?

- Biz bu məsələ ilə bağlı Qurban müəllimin fikrinə baxırıq. Lazım olsa, sponsorluğa hazırıq. Bizə uyğun olan futbolçunu cəlb etmək çox ağır bir prosesdir. Qurbanov yeni futbolçu məsələsinə baxır, sağa-sola nümayəndələrini göndərib. Yeni transfer lazım olsa, biz hazırıq.

- Bu mövsüm “Qəbələ” ilə oyunlarınızla bağlı çox ajiotaj yaradılır. Bu, sizi narahat etmir ki?

- Xeyr. Sadəcə, baş verən xoşagəlməz olaylara üzülürəm. Biz hamımız Azərbaycan klublarıyıq. “Qəbələ” həmiçə güclü klub olub, olacaq da. Bu, futboldur, qələbə də var, məğlubiyyət də. “Qəbələ”ni təbrik etdim. Bizə qarşı çox yaxşı oynaadılar, layiqli qələbə qazandılar. Bizim aramızda problem olmamalıdır.

- Səkkiz komandalı çempionatda liderlərlə digər komandalar arasında xal fərqi həddindən artıq çoxdu. Bu rəqabətin olmamağı “Qarabağ”ın avrokuboklarda çıxışına təsir göstərəcəkmi?

- Əlbəttə. Təsir etmir demək olmaz. Bugünkü imkanımız nədirsə, əlimizdən gələni edəcəyik. Əlbəttə, könül istəyərdi ki, ən azı 10 komanda olsun. Hesab edirəm ki, sayın 8 olması heç də pis deyil. “Qəbələ” kimi bizi çətinə salan komanda var. Öz bacarığımızı ortaya qoyacağıq.

- Bəs kubokda əzəli rəqib “Neftçi” ilə yarımfinal sınağına necə baxırsınız? Bu komanda qış fasiləsindən sonra yaxşı formadadır...

- (gülür) Düzdür. Bu oyun mənim üçün xüsusi, cari ilin tarixi matçı olacaq.

- Komandanı necə motivasiya edəcəksiniz?

- Bunun öz yolları var (gülür). Hər sirrimizi demək olmaz. Ancaq şəxsən mən motivaisya məsələsinə müdaxilə edəcəyəm.

- Son turda “Neftçi” ilə “Bakcell Arena”da oynayacaqsınız. Onun meydanında çempion olmaq sizə fərqli hisslər yaşadacaq?

- Mənə ən böyük zövqu orda “Neftçi”ni yenmək verəcək. Rəqibimizə xəbərdarlıq edim ki, biz o barədə çox iddialıyıq. Doğrudan da “Neftçi” yaxşı formadadır, gözəl komanda yığıb. İnanıram ki, həmin oyunda möhtəşəm “Qarabağ” görəcəyik. Biz buna hazırlaşırıq. Futbolçularımızın hamısı mənim həmin oyuna necə həssas olduğumu indidən bilirlər. Mən həmişə demişəm ki, “Neftçi" - “Qarabağ” həmişə şirlərin savaşı olub. Məhz onların meydanındakı matç həmin üçün çox maraqlı olacaq.

- Geridə qalan 1 ildə “Qarabağ”ın büdcəsində problemlər yaşandımı?

- Xeyr. Şükür Allaha ki, maddi durumumuz qaydasındadır. Büdəmiz stabildir, böyümür. Ancaq azalmır da. Keçən ilki büdcəmizi saxlayırıq. Yeni futbolçuların alınması ilə bağlı maddi imkanımız var. Cavablarımız realdır. Bütün dünyada neftlə zəng olan ölkələrdə olan çətinliyi burda da yaşayırıq. Buna baxmayaraq, sponsorumuz “Azərsun Holdinq” doğrudan da böyük fədakarlıq göstərir. Buna sizi əmin edirəm. Qarabağ adı bizim üçün önəmlidir. Bilirsiniz ki, bu gün cəbhədə savaş var. Hərdənbir bizə üzücü xəbərlər gəlir. Buna görə məsuliyyətimizi bilirik. Qarabağ adını yaşatmaq bugünlərdə bizim üçün ən önəmli vəzifədir. Bunu sponsor bilir, bizlər bilirik. Mən də “Qarabağ”ın prezidenti kimi həmişə dəstəkləyirəm.