“Hər tərəfdən mənə hücumlar var” - FİFA prezidenti

her-terefden-mene-hucumlar-var
Oxunma sayı: 629

FİFA prezidenti Yozef Blatter ona qarşı yönəldilmiş ittihamlara cavab verib. “Qafqazinfo” xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu ittihamlarla razılaşmadığını bildirib:

"Hazırda hər tərəfdən mənə hücumlar var. Tənqidlərə qarşı dözümlüyəm. Ancaq bəzən haqsız tənqidlər də olur. Bununla razılaşmaq mümkün deyil. Bəziləri hazırda FİFA-nın düzgün idarə edilmədiyini və mənim insanların etimadından sui-istifadə etdiyimi deyirlər. Ancaq FİFA hələ də çox yaxşı işləyir və bu qurumun başında səsverməylə seçilmiş prezident dayanıb. Gələn ilin 26 fevralından sonra məni artıq görməyəcəksiz. Buna baxmayaraq, prezident postuna layiq olan şəxsin gəlməsi üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Blatter mayın 30-da 5-ci dəfə FİFA prezidenti kreslosuna yiyələnib, lakin qurumun bir neçə əməkdaşının korrupsiyada günahlandırılaraq həbs edilməsindən 4 gün sonra istefa verib.