“Hər şey etməliyik ki, Cavid səviyyəsinə qayıtsın” - Qriqorçuk

her-sey-etmeliyik-ki-cavid-seviyyesine-qayitsin
Oxunma sayı: 1143

Xəbər verdiyimiz kimi, bu gün Topaz Premyer Liqasının 9-cu turunda “Qəbələ“Sumqayıt”ın qonağı olub. Oyun 2-2 hesabı ilə başa çatıb.

Qafqazinfo” xəbər verir ki, matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov jurnalistlərə açıqlama verib:

- Sentyabrın 22-dəki "Qəbələ" səfərində məğlubiyyətdən sonra ay keçsə də bu matç yadımızdan çıxmayıb. Əlimizdən alınan xallar ürəyimdə xal kimi qalmışdı. Oyuna çox ciddi hazırlaşmışdıq. Əsas odu ki, meydanda rəqibə uduzmayaq, bunu da etdik.

- Nəticəni ədalətli sayırsınız?

- Əsas məqsəd uduzmamaq idi. İlk dövrədəki oyundan sonra ajiotaj yaratmışdıq. Bu gün "Qəbələ"ni əliboş yala salmaq istəyirdik.

***

Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da oyun haqda fikirlərini bölüşüb:

- Hesabı ədalətli saymaq olar? Hər iki qolu akademiyanızın yetirməsi vurdu. Bu, sizi sevindirirmi?

- Hər bir futbolçu qol vurarsa bu, onun üçün sevindirci haldı. Bu, onun öz sevincidi, bizə təbrik etmək düşür. Nəticəni isə şərh etmək istəmrəm.

- Məhəmməd Mirzəbəyovun oyunundan razı qaldız?

- Heç bir futbolçunun çıxşı ilə bağlı danışmaq istəmirəm. Bu, bizim daxili işimizdi. Səhvlərmizi analiz edəcəyik.

- Son dəqiqələri necə şərh edərdiz? Hakimlikdən razı qaldınız?

- Hakimliklə bağlı fikir bildirməyəcəm.

- "Qəbələ"nin 70-ci dəqiqəyə kimi özünü tam göstərə bilmədi. Bu, nə ilə əlaqədardı?

- Bayaq dediyim kimi bugünkü oyundan çox razıyam.

- Cavid Hüseynov meydana çıxmaq üçün tam hazırdı?

- Şadam ki, o, bizimlədi. Hər şey etməliyik ki, səviyyəsinə qayıtsın.

- Matçın həftəiçinə salınmasını siz istəmişdiniz?

- Bizim komanda tam komplekləşməyib. Belə komanda üçün sıx qrafiklə oynamaq çətindi, amma reallıqla barışırıq.