“Həkimlər əmin olmasa, Rəşad oynamayacaq” - Qurbanov

hekimler-emin-olmasa-resad-oynamayacaq-
Oxunma sayı: 1687

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsndə keçirilən "Qarabağ" - "Səbail" matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov böyük hesablı qələbəni şərh edib:

"Futbolçular normal oynadı. İkinci hissədə rəqib mübarizə apara bilmədi. Ümumən, ilk dəqiqələr bizim üçün çətin oldu. "Səbail"ə uğurlar arzulayıram".

- "Səbail"lə matçın "Tofiq Bəhramov"da da oynanılma ehtimalı var idi. Bu, niyə baş tutmadı?

- Belə bir fikir oldu. Sadəcə, hava şəraiti bir neçə gün yağışlı keçdi deyə, fikrimizi dəyişdik. Çünki stadiona qulluq edənlər də ot örtüyünün yaxşı olmayacağını dedilər. Biz də bunu nəzərə alaraq, "Azərsun Arena"da oynadıq.

- Düşünmürsüz ki, futbolçularınız "Səbail"lə oyunda da "Fiorentina" ilə matçı fikirləşirdi?

- Düzü, mənim yadımdan çıxmadı. Çalışdım ki, futbolçular fikirlərini bu oyuna yönəltsilər. İstər-istəməz "Fiorentina" ilə oyun barədə düşünürsən. Amma oyuna tam fərqli hazırlaşacağıq. Bütün futbolçularımın hazırlığı eyni səviyyədə olmalıdı.

- Kubokun növbəti mərhələsində "Sumqayıt"la qarşılaşacaqsız...

- Açığı, bu gün bir o qədər düşüncəmiz yoxdu. Amma "Sumqayıt"a qarşı oyunlarımız ağır olub. Fərqli sistemdə çıxış edirlər, istəklidirlər. Hələ ki, bu gündən başlayaraq, "Fiorentina" ilə oyuna hazırlaşacağıq.

- Rəşad Sadıqovun son durumu necədi?

- Həkimlərin qərarından sonra düşünəcəyik. Həkimlər əmin olmasa, Rəşad oynamayacaq.

- Komandada futbolçularda belə bir fobiya varmı ki, Rəşad oynmasa, qələbə də olmayacaq?

- Belə deməzdim. Hamı bir kapitana öyrəşəndə, komanda yoldaşına təsir edir. Meydanda lider olanda, futbolçularda özünə inam olur. Hər aparıcı futbolçunun olmaması məşqçiyə problemlə yaradır. Hamı istəyir ki, Rəşad meydanda olsun. Hamı bunu gözləyir, istəyir.

- Sonuncu dəfə nə vaxt belə çətin durumda olmusuz?

- Belə variantlar çox olub. Bakıda "Zalsburq"a qalib gələndə, Admir Telli, Reynaldo qırmızı vərəqə aldı. Səfər matçında da çətin duruma düşmüşdük.

***

Bayıl təmsilçisinin baş məşqçisi Elman Sultanov da oyun haqda fikirlərini bildirib.

O, "Qarabağ"ın güclü komanda olduğunu vurğulayıb: "Rəqibi təbrik edirəm. Yeni komandayıq. Bu, bizim üçün yeni yoldu. "Qarabağ" ölkə futbolunda liderdi. Bu gün "Qarabağ" Azərbaycanda ən güclüdü. 0:5 hesabı ilə məğlub olmağımıza baxmayaraq, yolumuza davam edirik”.

Sultanov bildirib ki, Premyer Liqa klubları ilə I divizion klubları arasında fərq var: "Premyer Liqa ilə birinci divizion arasında böyük fərq var. Amma bu, hamıya şamil edilmir. Məsələn, AZAL divizion klubu ilə fərqlənmir. Amma "Zaqatala", "Turan Tovuz" güclüdü. Belə komandaların da "Qarabağ"la başabaş mübarizə aparması mümkün deyil. Hesabın böyük olacağını gözləmirdim".