Heç kim arvadına xəyanət etmir - İslandiya ilə bağlı ilginc faktlar

hec-kim-arvadina-xeyanet-etmir
Oxunma sayı: 14914

Fransada keçirilən Avropa Çempionatının sürpriz komandası İslandiya adından söz etdirməyə davam edir. “Qafqazinfo” xəbər verir ki, ilk dəfə qitə çempionatına qatılan komanda qrup mərhələsindən çıxmaqla da hamını təəccübləndirdi. 

Əzmkar futbol nümayiş etdirən ada təmsilçiləri dünən 1/8 final mərhələsində favortilərdən sayılan İngiltərə ilə münasibətlərə aydınlıq gətirdi. Rəqibin hesabı açmasına baxmayaraq 2 qol vuru qələbə qazana bildilər.
İslandiya millisinin uğuran təəccübün səbəbi isə kiçik 332 529 nəfər əhalisi olan ölkədən mükəmməl bir komandanın ortaya çıxmasıdır. Bu ölkə futbolu haqqında maraqlı faktlar da diqqət çəkməyə bilməz. Onların bəzilərini sizə təqdim edirik:

İslandiya 4 il öncə futbol üzrə dünya reytinq cədvəlində 130-cu pillədə idi. Amma indi 30-cu yerlərin ətrafındadır. Avropa Çempionatı onlar üçün ən böyük turnirdir. Belə kiçik ölkənin qitə turnirinə qatılması böyük şücaət tələb edir. Bu komanda qrup mərhələsində Portuqaliya və Macarıstanla heç-heçə edib Avstriyanı məğlubiyyətə uğratdı. Bununla da adını ən güclü 16 komanda sırasına yazdırdı.
İslandiyada yalnız 21 min 500 nəfər futbolçu var.

Ada ölkəsində futbol çətinliklə oynanılır. Çünki iqlim futbolun intensiv oynanılmasına imkan vermir. Bu ölkədə futbol mövsümü cəmi 4 ay çəkir. Ondan sonra isə adanı qar bürüyür. Stadionların əksəriyyətində tibb məntəqəsi var. 6 il əvvəl ölkə futbolunda böyük krizis yaşandı. Amma minlərlə azarkeş bu durumundan çıxmağa kömək etdi.

İslandiya millisinin baş məşqçisi Heymir Haldqrimsson 2013-cü ildə işinə başlaıb. Baş məşqçi olmamışdan öncə o, Vestmannaeyar adasında diş həkimi işləyib. Amma indi milli komanda ilə uğurlara imza atır. Lakin Heymir milli komandada tək çalışmır. O, Lars Laqerbəklə birlikdə işləyir. Amma Avropa Çempionatından sonra Heymir onu pensiyaya göndərəcək.

Baş məşqçinin yaşadığı Vestmannaeyar adası çox təhlükəli ərazidir. Burada insanlar ölüm-qalım mübarizəsi aparır. Çünki daima vulkan püskürmələri olur. Elə Haldqrimsson da belə halla üzləşib. O vulkan püskürməsindən canını güclə qurtara bilib.

Bu ada ilə bağlı ən maraqlı fakt odur ki, orada heç kim arvadına xəyanət etmir. Çünki çox kiçik olan adada bütün xəbərlər ani vaxtda yayılır.

İslandiya millisinin meneceri uğur haqqında danışarkən bunları deyir: “Sən yaxşı oyunçu olmadan uğur qazana bilməzsən. Bizim komanda son 10-15 ildə məşqçi tərəfindən hazırlanmış ən yaxşı komandadır”.

İslandiya seçmə mərhələdə Hollandiyanı iki dəfə məğlub etməklə qitə turnirində iddia ortaya qoyacağını xəbər vermişdi. Hollandiya üzərində Amsterdamda qələbə qazandıqdan sonra baş məşqçi Hadlqrimsson “biz indi göylərdə uçuruq” deyə sevincini bölüşmüşdü.

Maraqlı faktlardan biri də odur ki, İslandiyanın 30 min azarkeşi seçmə mərhələdəki Hollandiya üzərində səfər qələbəsini canlı stadiondan izləmişdi. Həmçinin Fransadakı Avropa Çempionatında da hər oyuna ən azı 30 min nəfər gəlir. Ən maraqlısı isə odur ki, ölkənin 98,6 faizi qrup mərhələsində Macarıstana qarşı keçirilən oyunu izləyib. İslandiya milli stadionu isə cəmi 15 min nəfər azarkeş tutumuna malikdir.

16 islandiyalı futbolçu İngiltərə çempionatlarında çıxış edir. Yarımmüdafiəçi Qulfi Siqurdsson “Suonsi Siti”nin üzvüdür. Məşhur müdafiəçi Hermann Hreydarsson İngiltərə Premyer Liqasında 300 matç keçirib. O, komandası ilə bağlı maraqlı açıqlama verib: “İngiltərə futbolu İslandiyada daha çox sevilir. Bu da milli komandaya çox yaxşı təsir edir. Biz öz komandamız üçün ürəyimizi qoyan futbol dəliləriyik”.

Komandanın ən maraqlı üzvü isə 32 yaşlı qapıçı Hannes Halldorsondur. İxtisasca kinorejissordur. 2012-ci ildə Bakıda keçirilən Eurovision mahnı müsabiqəsində ifa olunan mahının klipini məhz bu qolkiper çəkib. Halldorsson Portuqaliya ilə 1:1-lik heç-heçədə qapıçı böyük əməksərg etdi. 8 seyvlə yadda qalan Haldorsson komandasının uğurunda əsas pay sahiblərindən biridir. İslandiya film studiyası “SaqaFilm” bildirib ki, Holdorssonu hər zaman işə götürməyə hazırdılar. Futbol karyerasın nə zaman bitirsə, bura gələ bilər.

Holdorsson 21 yaşında 105 kilo olub. Sonra o, uşaqlıq arzusuna çatmaq üçün futbol oynamağa başlayır.

Rejissor olarkən daha çox ofis mühitində işləyib. Özü də bildirib ki,futbol onun hobbisi olub. Həmçinin dediyinə görə, rejissorluq ona daha çox qazanc gətirir.

Holdorsson bildirib ki, futbolu sevsə də, məşhur idmançıları tanımır: “Mən futbolla məşğul oluram amma onunla maraqlanmıram. Məsələn, Avstriya millisinin heç bir futbolçusunu tanımıram. Lazım olsa, məlumat toplayacam”.

İslandiyalı şərhçi Qudmundur Benediktsson tarixə düşdü. O, komandasının Avstriya üzərində qələbəsi zamanı etdiyi emosional şəhrçiliklə bütün dünyaya səs salmışdı. Dünyanın ən məşhur mətbuat orqanları Benediktssonun bu şərhçiliyinin möhtəşəməliyindən danışırdı.

Komandanın ehtiyat qapıçısı Eqmundur Kristinsson futbol oynanamışdan öncə hüquqşünas kimi çalışıb. Müdafiəçi Birkir Sayvarsson isə milli komandaya görə pilot kursularını yarımçıq qoyub. Futbol karyerasını bitiridikdən sonra pilot olmaq fikrindədir. 

Yarımmüdafiəçi Kari Arnason menecerlik fakütləsində magistirdir. Diplom işi isə “İngiltərə futbolunda korrupsiyadır”.

Yohan Qudmosson isə kibersportla maraqlanır.

Komandanın məşhur üzvləri Qulfi Siqurdsson və Kaleyn Siqtersson balıq şəbəkəsinin və çörək zavodları biznesinin varisləridir.

Komandanın ən bahalı üzvü də Qulfi Siqurdssondur. Onun transfer qiyməti 13 milyon avrodur.
İslandiya futbolunun ən tanınmış ismi Edyur Qudyonssendir. “Çelsi”, “Barselona”, “Tottenhem” kimi klubların şərəfini qorumuş Qudyonssen atasının yolunu davam etdirib. Aqnor Qudyonssenin oğlu özünü Avropada sübut etməyi bacarır.

2000-ci ildə “Çelsi” ilə müqavilə bağlayan futbolçu ilinə 3,8 milyon avro almamlı imiş. Amma o bilmir ki, o, pulu xərcləsin. 5 aya kazinoda yarım milyon avro uduzur. 2005-ci ildə sükan arxasında sərxoş yaxalanır. 11, 5 milyon avro cərimə olunur. Onun 7.6 milyon avrosunu bankdan kredit götürür. Sonra uzun müddət banka kredit ödəmir. İçkiyə qurşanan Qudyonsseni çətin vəziyyətdən həyat yoldaşı Vanessi Perronselqurtarır. Amma o, təşəkkür əvəzinə fransız modelə xəyanət edir. 4 övlad sahibidir. 3 oğlu və 1 qızı var.

Elsevər