“Heç-heçə bizim üçün tarixi nəticədir” - Qriqorçuk

hec-hece-bizim-ucun-tarixi-neticedir
Oxunma sayı: 1232

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib.

"Qafqazinfo" xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qəbələ" Fransada “Lill”in qonağı olub. "Qəbələ" çətin Fransa səfərində rəqibi ilə 1:1 hesablı heç-heçə edib.

Oyundan sonra "Qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında matç haqda fikirlərini bildirib: “Rəqibin səviyyəsini, reytinqini nəzərə alsaq, bu heç-heçə bizim üçün tarixi nəticədir. Biz bu nəticədən çox razıyıq. Komandamızın adından deyirəm ki, bu nəticəni Cavid Hüseynova həsr edirik. Əlbəttə ki, özümüzə inanırıq. Mərhələ adlamaq üçün bizdən asılı olan hər şeyi edəcəyik. Özünəinamımızı o artırır ki, bir həftəyə daha yaxşı oynaya biləcək potensialımız var. Təcrübə oyundan-oyuna qazanılır. “Lill” yüksək sürətə malik futbolçulardan təşkil olunub. Onlara qarşı ya eyni dərəcədə sürətli olmalısan, ya da taktikadan yararlanmalısan”.