“Heç bir klubdan zəif deyilik” - Sergey Zenyov

hec-bir-klubdan-zeif-deyilik
Oxunma sayı: 1034

Qəbələ”nin futbolçusu Sergey Zenyov ölkəsində jurnalistlərin suallarını cavablandıırb.

Qafqazinfo” "soccernet"ə istinadən həmin müsahibəni təqdim edir:

- Sergey, artıq ardıcıl 2-ci dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəksək. Qrupdakı şanslarınızı necə dəyərləndirirsən?

- Komandamızda yaxşı abu-hava var. Bu, çox möhtəşəm uğurdur. Turnirin bütün oyunlarına ciddi hazırlaşdıq və məqsədimizə nail olduq. Ötən il qrupumuz daha güclü idi. Amma bu mövsüm qrupda hər üç komandaya qarşı oynaya bilərik. Avropa Liqası mənim turnirimdir!

- “Anderlext”, “Maynts” və “Sent Etyen”i zəif hesab edirsiz?

- Qətiyyən! Avropa Liqasında zəif rəqib yoxdur. Sadəcə ötən il qrupumuz güclü idi. Hər 3 komanda ilə mübarizə apara bilərik. Biz heç bir klubdan zəif deyilik.

- Avropa Liqasında öz çıxışını necə qiymətləndirisən?

-Əlbəttə, yaxşı qiymətləndirirəm. Qol və məhsuldar ötürmələrlə yadda qalmışam. Amma əsas komandanın uğurudur.

- “Qəbələ” ardıcıl 2 dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanaraq çoxlarını təəccübləndirdi...

- Ötən mövsüm yaxşı təcrübə qazandıq. Bu yaxşı nəticədir. Azərbaycan futbolu üçün böyük uğur deməkdir. Azərbaycanda futbol inkişaf edir.

- Komandanızın Liqadakı şanslarını necə dəyərləndirirsən?

- Fikrimcə, bu il çempion ola bilərik.

- Azərbaycan futbolu inkişaf edir? Orada 8 klub var və hətta “Qəbələ”nin son matçı təxirə salındı... Uzun müddətlik fasilə elan edilib...

- 8 komandalı çempionat olsa da, rəqabət olacaq. Biz Avropa Liqasında “Maribor”la çətin oyun keçirəcəkdik. Bu səbədən oyunumuz təxirə salındı. Sentyabrın 10-da çempionat start götürəcək.

- Millinin Malta və Bosniya və Herseqovina ilə matçlarını necə dəyərləndirirsən?

- Malta üzərində qələbə qazanaraq seçmə mərhələyə yaxşı start vermək istəyirik. Bu oyunda hamı bizdən yalnız qələbə gözləyir. Bosniya və Herseqovinaya qarşı da yaxşı oynamalıyıq.

- Millidə qol vurmağı öhdəliyinə götürürsən?

- Mən buna hazıram. Mən bu öhdəliyi götürmək istəyirəm.