“Hava istidir” - “Samtredia”nın baş mәşqçisi

hava-istidir-
Oxunma sayı: 1364

Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu 5:1 hesabı ilə darmadağın edib.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra “Samtredia”nın baş məşqçisi Giya Tsetatdze jurnalistlərin suallarını cavablandırıb.

- “Qəbələ”ni təbrik edirəm. Onlar bu qələbəyə layiq idilər. Biz çalışacağıq ki, bu oyundan dərs çıxaraq.

- Konfransa girən kimi su içdiniz. Əsəbdən yoxsa hava istidir?

- Hava istidir.

- Qoqiaşvili 3 nömrəli futbolkada çıxış etməli olsa da, 18 nömrəli formada çıxış etdi. UEFA-ya şikayət edəcəksiniz? Çünki 1:5 hesablı məğlubiyyətdənsə, 0:3 daha yaxşıdır.

- Xeyr. Yəqin ki, bu texniki heyətin səhvi idi. Suala görə təşəkkürlər.

- Bu hesabı gözləyirdiniz?

- Belə məğlubiyyəti gözləmirdim.

Elsevər